» » » Yığmamız İrlandiyaya məğlub oldu

Yığmamız İrlandiyaya məğlub oldu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
Premyer.az bildirir ki, yığmamız İrlandiyanın Dublin şəhərindəki Tallaght stadionunda İrlandiya komandası ilə qarşılaşıb. Qarşılaşma 3:0 hesabı ilə irlandiyalı futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu aprelin 5-də Polşa komandasına qarşı keçirmiş və oyunda hesab açılmamışdı.
Qrupda sonuncu rəqibimiz Almaniya yığması olacaq. Qarşılaşma aprelin 10-da, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.
 
158