» » » AFFA İntizam Komitəsi futzal klublarını cəzalandırdı

AFFA İntizam Komitəsi futzal klublarını cəzalandırdı

Premyer.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qəraralar alınmışdır:
 
3 aprel  2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXVIII turunun AZAL – "Kəpəz” matçının 90+3-cü dəqiqəsində "Kəpəz” klubunun 7 №-li futbolçusu Junior Martinsin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun "Qəbələ” – "İnter” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun "Rəvan” – "Neftçi” matçında "Neftçi” klubunun 41 №-li futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
1 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun "Mil-Muğan” – "Şahdağ” matçında "Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
1 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun "Bakılı” – MOİK matçının 77-ci dəqiqəsində "Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
2 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XX turunun "Şərurspor” – "Turan Tovuz” matçında "Şərurspor” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
28 mart 2016-cı il Bakcell U-17 Liqasında "Zirə” – "Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində "Zirə” klubunun 92 №-li futbolçusu Nəbi Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
31 mart 2016-cı il, U-16 Liqasında AZAL – "Kəpəz” matçı başa çatdıqdan sonra AZAL klubunun 11 №-li futbolçusu Röyal Ələsgərov və "Kəpəz” klubunun 2 №-li futbolçusu Rəşad İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanır.
31 mart 2016-cı il, U-16 Liqasında "İnter” – "Rəvan” matçının 49-cu dəqiqəsində "İnter” klubunun 15 №-li futbolçusu Elvn Cəfərquliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.
29 mart 2016-cı il, Boulevard Hotel U-15 Liqasının "Bakı” – AZAL matçının 2-ci dəqiqəsində "Bakı” klubunun 4 №-li futbolçusu Qurban Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
2 aprel 2016-cı il, U-14 Liqasının "Qarabağ” – "Neftçi” matçının 44-cü dəqiqəsində "Neftçi” klubunun 7 №-li futbolçusu Nihad Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
3 aprel 2016-cı il, U-14 Liqasının "Neftçi” – "Sumqayıt” matçının 19-cu dəqiqəsində "Neftçi” klubunun 4 №-li futbolçusu Mirəli Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
3 aprel 2016-cı il, U-14 Liqasının "Bakı” – "Vətən” matçının 50-ci dəqiqəsində "Vətən” klubunun 4 №-li futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
1 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin "Baku Fire”  – "Forza Neftçi” matçının 6-ci dəqiqəsində "Baku Firə” klubunun 27 №-li futbolçusu Ümüd Paşayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
Oyunun 9-ci dəqiqəsində "Baku Firə” klubunun 5 №-li futbolçusu İbiş Zeynalovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
2 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin "Admiral”  – "Yeni Günəşli” matçının 26-ci dəqiqəsində "Yeni Günəşli” klubunun 5 №-li futbolçusu Fəyyar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
2 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin FHN – "Verdant”  matçının 19-cu dəqiqəsində "Verdant” klubunun futbolçusu Osman Zahirbəyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.
Oyunun 28-ci dəqiqəsində "Verdant” FK klubunun 10 №-li futbolçusu Kənan Bağdadov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
3 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin "Nəbi” FK  – "Amrahbank” matçının 8-ci dəqiqəsində "Nəbi” FK klubunun 6 №-li futbolçusu Ülvi Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
3 mart 2016-cı il, futzal üzrə Azərbaycan  birinciliyinin "Qatar”  – "Yasamal” matçının 15-ci dəqiqəsində "Yasamal” klubunun 9 №-li futbolçusu Anar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılır.

332     
Reklam

Reklam