» » » Vəli Qasımov: "Düzgün hazırlıq keçib, qələbə qazanmağa nail olduq"

Vəli Qasımov: "Düzgün hazırlıq keçib, qələbə qazanmağa nail olduq"

"Neftçi” PFK-nın baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının XXVII turunun "İnter” klubu ilə səfər oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında fikirlərini bildirib:
 
Premyer.az Vəli Qasımovun fikirlərini diqqətinizə çatdırır:
"Bilirdik ki, çətin oyun olacaq. Rəqibi analiz etmişdik, necə oynadığına bələd idik. Düzgün hazırlıq keçib, qələbə qazanmağa nail olduq. Kanalesin adının sifariş ərizəsinə salınmamasına gəlincə, onun ayaq əzələləri məşqlərdən gərginləşmişdi. Bu günkü hava şəraitini də nəzərə alıb, zədələnməsin deyə risk etməyib, ona istirahət verdik ki, gələn oyuna tam hazır olsun”.
 
 
neftchipfk.com
439     
Reklam

Reklam