» » » AFFA İntizam Komitəsi klubları cərimələdi

AFFA İntizam Komitəsi klubları cərimələdi

Premyer.az İntizam Komitəsinin bugün keçirilən iclasında qəbul etdiyi qərarları diqqətinizə çatdırır:
 
24 mart 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Turan Tovuz” – "Mil-Muğan”  matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Oyunun 76-cı dəqiqəsində "Turan Tovuz” klubunun 12 №-li futbolçusu Natiq Səhrətov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
24 mart 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Şahdağ” – "Bakı” matçının 86-cı dəqiqəsində "Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
24 mart 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIX turunun "Şəmkir” – "Göyəzən” matçının 86-cı dəqiqəsində "Göyəzən” klubunun 20 №-li futbolçusu Orxan Əsgərov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
24 mart 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIX turunun MOİK – "Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq (maddə 32, maddə 33).
9 mart 2016-cı il, U-19 Liqasında "Xəzər Lənkəran” – "Neftçi” İK İB matçının 47-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 6 №-li futbolçusu Arzu Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 61-ci dəqiqəsində "Neftçi” İK İB klubunun 15 №-li futbolçusu Balarza Qədirli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90+1-ci dəqiqəsində "Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Hüseyn Salayev öz komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
9 mart 2016-cı il, U-19 Liqasında "Rəvan” – "Qarabağ” matçının 15-ci dəqiqəsində "Qarabağ” klubunun 6 №-li futbolçusu Məhəmməd Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90-cı dəqiqəsində "Rəvan” klubunun 67 №-li futbolçusu Elman Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
9 mart 2016-cı il, U-19 Liqasının AZAL – "Rəvan” matçının 85-ci dəqiqəsində AZAL klubunun 96 №-li futbolçusu Məhərrəm Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 mart 2016-cı il, U-16 Liqasında AZAL – "Neftçi” matçının 80-cı dəqiqəsində "Neftçi” klubunun 3 №-li futbolçusu Əli Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
24 mart 2016-cı il, U-16 Liqasının "Sumqayıt” – "Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 1 №-li futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
15 mart 2016-cı il Boulevard Hotel U-15 Liqasında "Sumqayıt” – "Xəzər Lənkəran” matçının 70+1-ci dəqiqəsində "Sumqayıt” klubunun 8 №-li futbolçusu Səbuhi Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
25 mart 2016-cı il, Boulevard Hotel U-15 Liqasında "Sumqayıt” – "Zirə” matçının 65-ci dəqiqəsində "Sumqayıt” klubunun 10 №-li futbolçusu Rüfət Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
25 mart 2016-cı il, Boulevard Hotel U-15 Liqasında "Kəpəz” – "Rəvan” matçının 60-cı dəqiqəsində "Rəvan” klubunun 5 №-li futbolçusu Röyal Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
25 mart 2016-cı il, Boulevard Hotel U-15 Liqasında AZAL – "Vətən” matçının 65-ci dəqiqəsində AZAL klubunun 29 №-li futbolçusu Hüseyn Axundov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
26 mart 2016-cı il, U-14 Liqasında "Turan” İB (Tovuz) – UGİM Qala (Şəmkir) matçının 59-cu dəqiqəsində UGİM Qala klubunun 5 №-li futbolçusu Məhəmməd Abdullayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 mart 2016-cı il, Coca Cola U-13 Liqasında UGİM (Saatlı) – MKT Araz (İmişli) matçının 40-cı dəqiqəsində MKT Araz klubunun 5 №-li futbolçusu Rəvan Bəyərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 mart 2016-cı il, U-12 Liqasında Təhsil RİM (Sumqayıt) – Sumqayıtspor (Sumqayıt) matçının 48-ci dəqiqəsində Sumqayıtspor klubunun 8 №-li futbolçusu Elnar Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
26 mart 2016-cı il, U-10 Liqasında "Rəvan” FK – "Neftçi” İK İB matçında "Neftçi” İK İB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 mart 2016-cı il, Azərbaycan Həvəskarlar liqasının "Cəfəri 313” – "The Shadors”  matçının 45-ci dəqiqəsində "Cəfəri 313” klubunun futbolçuları Malik Soltanovun rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

287     
Reklam

Reklam