» » » Bugün İsveçrədə ÇL və AL-nin 1/4 final mərhələsinin püşkatması keçiriləcək

Bugün İsveçrədə ÇL və AL-nin 1/4 final mərhələsinin püşkatması keçiriləcək

Bugün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatması keçiriləcək.
 
Premyer.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarının nəticələrinə əsasən, Çempionlar Liqasında növbəti mərhələyə «Bavariya», «Barselona», «Real», «Mançester Siti», «Volfsburq», «Atletiko», «PSJ» və «Benfika» vəsiqə qazanmışlar.
 
Avropa Liqasında isə 1/4 finalda «Şaxtyor», «Sevilya», «Borussiya» (Dortmund), «Braqa», «Vilyareal», «Atletik», «Liverpul» və «Sparta» yarışacaqlar.
 
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

328     
Reklam

Reklam