» » » "Kordoba"nın baş məşqçisi Eddi İsrafilovu millimizə buraxmadı

"Kordoba"nın baş məşqçisi Eddi İsrafilovu millimizə buraxmadı

Eddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
 
Premyer.az bildirir ki, Eddi İsrafilovun çıxış etdiyi "Kordoba” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün, klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib.
 
Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.
228     
Reklam

Reklam