» » » İntizam Komitəsi "Zirə"ni 3 dəfə cəzalandırdı

İntizam Komitəsi "Zirə"ni 3 dəfə cəzalandırdı

Bugün İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "İnter” – "Rəvan” matçında "Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       
Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qəbələ” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
Topaz Premyer Liqasının XXV turunun "Qəbələ” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       
Oyunun 85-ci dəqiqəsində "Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XXV turunun "Sumqayıt” – "Qarabağ” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       
Əvəzedici heyətlərin XXV turunun AZAL – "Neftçi” matçında AZAL  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).       
I Divizionun XVII turunun "Şəmkir” – "Bakı” matçının 90+3-cü dəqiqəsində "Bakı” klubunun 41 №-li futbolçusu Müşviq İlyasovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVII turunun "Ağsu” – "Mil-Muğan” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).       
Oyunun 73-cü dəqiqəsində "Ağsu” klubunun 12 №-li futbolçusu Adil Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVII turunun "Qaradağ Lökbatan” – "Bakılı” matçının 74-cü dəqiqəsində "Bakılı” klubunun 3 №-li futbolçusu Zahid Quliyevkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

197