» » » "Bavariya" Lemara görə "Monako"ya 15 milyon avro təklif etdi

"Bavariya" Lemara görə "Monako"ya 15 milyon avro təklif etdi

"Bavariya" klubu "Monako"nun yarımmüdafiəçisi Toma Lemarla maraqlanır.
 
Premyer.az Fransa mətbuatına istinadən xəbər verir ki, alman klubunun rəhbərliyi 20 yaşlı Fransanın gənclər millisinin üzvünün çıxışını diqqətlə izləyir.
 
Bildirilir ki, "Bavariya"nın rəhbərliyi "Monako"ya Lemar üçün artıq 15 milyon avroluq rəsmi təklif də göndərib.
 
Bu sezonda Qvadelupa əsilli futbolçu 18 oyunda artıq 5 qol vurub. Gəclər millisində isə Lemar 4 oyun keçirərək, 1 qola imza atıb.
 
Beləliklə də Lemar "Monako"nun növbəti uğurlu transferi ola bilər. Belə ki, daha öncə moneqasklar Xames Rodrigesi 80 milyon avroya "Real"a, Jofre Kondoqbianı 31 milyona "İnter"ə, Antoni Marsyalanı isə 58 milyon avroya "Mançester Yunayted" klubuna satmışdır.

286     
Reklam

Reklam