» » » “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul başladı

“Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul başladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakcell şirkəti "Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinin başlanmasını elan edib.
 
Premyer.az xəbər verir ki, seçimlər 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində, saat 15:00-da, Bayıl stadionunda keçiriləcək.
Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.
Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış
 
Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:
+994 55 511 33 03 – Ramin Həsənov
Muss@affa.az
 
Qeyd edək ki, "Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər - Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə  həftədə  iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri "Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar. Hazırda "Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.
 
355     
Reklam

Reklam