» » » "Patrisiya ilə futbol dərsləri" layihəsinə start verildi

"Patrisiya ilə futbol dərsləri" layihəsinə start verildi

Uşaqlara futbolu sevdirmək, qadın futboluna marağı artırmaq və futbol oyununun əsas bacarıqlarını öyrətmək məqsədilə AFFA yeni online layihəyə start verib.
 
Premyer.az xəbər verir ki, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin iştirakı ilə hazırlanmış "Futbol dərsləri Patrisiya ilə” adlanan layihə çərçivəsində hər birində 11 dərs olmaqla qapıçı və meydan oyunçuları üçün 3 səviyyədən ibarət onlayn futbol dərsləri keçilir. Dərslər 36 qısa videoçarxda təqdim olunacaq. Layihənin ikinci dərsini təqdim edirik.
144