» » » AFFA-nın İcraiyyə Komitəsinin üzvləri U-17 ilə görüşdü

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri U-17 ilə görüşdü

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər.
 
 
Premyer.az AFFA-ya istinadən xəbər verir ki, baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib, U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.
 
 
Hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.
362     
Reklam

Reklam