» » » FIFA Bekkenbauerə qarşı sanksiyalar qəbul etdi

FIFA Bekkenbauerə qarşı sanksiyalar qəbul etdi

FIFA-nın Etika Komitəsinin Arbitraj Palatası, Cek Karikonun başçılığı altında keçirdiyi iclasda, Ali futbol qurumunun icra komitəsinin üzvü Frans Bekkenbaueri cəzalandırıb.
 
Premyer.az xəbər verir ki, buna səbəb, 2018 və 2022-ci illərdə keçiriləcək Dünya Çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçimi zamanı yol verilən qanun pozuntuları olmuşdur.

Komitə ilə əməkdaşlıq etməkdən boyun qaçıran 70 yaşlı almaniyalı futbol mütəxəssisi, bununla da FIFA-nın Etika Məcəlləsinin 13, 18 və 42-ci maddələrinin tələblərini pozmuşdur.

Frans Bekkenbauerin gələcəkdə Etika Komitəsi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirməsini nəzərə alaraq, Ali futbol qurumu alman mütəxəssisi  yeddi min İsveçrə frankı cərimə və ona xəbərdarlıq etməklə kifayətlənmişdir.

Bekkenbauerə qarşı sanksiyalar 17 fevral tarixində qüvvəyə minir.
389     
Reklam

Reklam