» » » "Neftçi", "Rəvan" və "Zirə" cəzalandırıldılar

"Neftçi", "Rəvan" və "Zirə" cəzalandırıldılar

13 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXI turunun "Neftçi” – "Xəzər Lənkəran” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
15 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXI turunun "Zirə” – "Rəvan” matçının 85-ci dəqiqəsində "Rəvan” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).
14 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Zirə” – "Rəvan” matçında "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
10 fevral 2016-cı il U-19 Liqasında "Rəvan” – "Xəzər Lənkəran” matçının 39-cu dəqiqəsində "Rəvan” klubunun 38 №-li futbolçusu Zəki Sinan Akkoyun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 82-ci dəqiqəsində "Rəvan” klubunun 66 №-li futbolçusu Cəfər Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
8 fevral 2016-cı il Bakcell U-17 Liqasında "Xəzər Lənkəran” – "Neftçi” matçının 76-cı dəqiqəsində "Neftçi” klubunun 13 №-li futbolçusu Əli Ağazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
11 fevral 2016-cı il U-16 Liqasında "Neftçi” – "Bakı” matçının 45-ci dəqiqəsində "Bakı” klubunun 6 №-li futbolçusu Emil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 80-cı dəqiqəsində "Bakı” klubunun 11 №-li futbolçusu Cavid Nəcizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 80+2-ci dəqiqəsində "Neftçi” klubunun 21 №-li futbolçusu Elcan Hafizli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 fevral 2016-cı il U-16 Liqasında "Kəpəz” – "Rəvan” matçının 56-cı dəqiqəsində "Kəpəz” klubunun 14 №-li futbolçusu Sadiq İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 fevral 2016-cı il U-16 Liqasında "Sumqayıt” – "Zirə” matçı başa çatdıqdan sonra "Sumqayıt” klubunun 11 №-li futbolçusu Vaqif Həsənov hakimlər briqadasına hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır (maddə 44).
12 fevral 2016-cı il Boulevard Hotel U-15 Liqasının "Neftçi” İK İB – "Bakı” matçının 70-ci dəqiqəsində "Neftçi” İK İB klubunun 7 №-li futbolçusu Murad Əhmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 fevral 2016-cı il U-10 Liqasında "Fortuna Səbail” – "Təhsil” TFM matçında "Fortuna Səbail” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 fevtal 2016-ci il U-10 Liqasının "Sabirabad” – "Göyçay” Gİİ matçında "Göyçay”Gİİ  komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
7 fevral 2016-cı il Azərbaycan Həvəskarlar liqasının "İnter” – "Red Star”  matçının 67 - ci dəqiqəsində "Red Star” klubunun futbolçusu Rövşən Əlicanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
7 fevral 2016-cı il Azərbaycan Həvəskarlar liqasının "Cəfəri-313” – "Xəzər Bakı” matçının 17-ci dəqiqəsində "Cəfəri-313” klubunun 17 №-li futbolçusu Elmar Hüseynov və "Xəzər Bakı” klubunun 77 №-li futbolçusu Fərrux Məmmədzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
310     
Reklam

Reklam