» » » "Neftçi" PFK veteran futbolçusunu təbrik etdi!

"Neftçi" PFK veteran futbolçusunu təbrik etdi!

"Neftçi" PFK veteran futbolçusunu təbrik etdi!Bu gün "Neftçi”nin veteran futbolçusu Yaşar Vahabzadənin 60 yaşı tamam olur.
 
1960-cı ildə dünyaya gəlmiş yarımmüdafiəçi 1983-1989, 1993-1997-ci illər ərzində "Neftçi”nin heyətində 288 oyun keçirib, 24 qol vurub. Yaşar Vahabzadə "Neftçi” ilə Azərbaycan çempionatının (1996, 1997), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.

Premyer.az xəbər verir ki, flaqman, "Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib, ona can sağlığı, uzun ömür arzulayıb!
 
Rauf İskəndərov / Premyer.az
171     
Reklam

Reklam