» » » "Zenit" futbolçularının maaşını azaldır

"Zenit" futbolçularının maaşını azaldır

Rusiyanın "Zenit" klubunun baş direktoru Aleksandr Medvedev, maaşların azaldılması ilə əlaqədar futbolçularla danışıqların nə yerdə olduğu haqqında mətbuata açıqlama verib.
Premyer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Medvedev açıqlamasında aşağıdakıları bildirib:
 
"Bu məsələdə biz proqres əldə etmişik və düşünürəm ki, sabah və ya ən geci şənbə günü, bu haqda öz qərarımızı açıqlacayıq. Belə bir vəziyyətdə futbolçuları buraxmaq nəinki məqsədə uyğun deyil, hətta zərərlidir. Legionerlərimiz heç yerə getməyib və məşqçi heyəti ilə, fizioterapevt tərəfindən hazırlanmış qrafikə uyğun olaraq işləyirlər" deyə, baş direktor vurğulayıb.
 
Rauf İskəndərov / Premyer.az
218     
Reklam

Reklam