» » » “Brügge” Belçika çempionu elan olunacaq

“Brügge” Belçika çempionu elan olunacaq

Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Belçika çempionatı davam etdirilməyəcək.

Premyer.az xəbər verir ki, hazırda turnir cədvəlinin lideri olan "Brügge” çempion elan olunacaq.

İkinci pillədəki "Gent” gümüş medal və Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanacaq.

"Şarlerua” Avropa Liqasının qrupuna, "Standart”la "Antverpen” təsnifat mərhələsinə yollanacaq. Liqa rəhbərliyinin verdiyi bu qərar Baş Assambleyada təsdiqlənməlidir.

Qeyd edək ki, Belçika kuboku və 2-ci liqa ilə bağlı xüsusi İşçi Qrup yaradılacaq.
215     
Reklam

Reklam