» » » EKSKLÜZİV! Vasif İsmayılov - çempionluğa gedən yol! MÜSAHİBƏ

EKSKLÜZİV! Vasif İsmayılov - çempionluğa gedən yol! MÜSAHİBƏ

EKSKLÜZİV! Vasif İsmayılov - çempionluğa gedən yol! MÜSAHİBƏBakı Futbol Liqasında çempionluq uğrunda ən iddialı klublardan biri olan "Füzuli" komandasının baş məşqçisi Vasif İsmayılov bu gün doğum gününü qeyd edir. Bu əlamətdar gündə baş məşqçi Premyer.az saytına müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:
 
- Vasif bəy ilk öncə sizi doğum gününüz münasibəti ilə təbrik edirik və sizə can sağlığı arzulayırıq. Sabah sizi Play-Off mərhələsində ilk rəqiblə çətin oyun gözləyir...
- Təbriklər üçün sizə minnətdaram. Amma təbii ki, mənim üçün əsas olan - komandamızın sabahkı oyunda uğurlu çıxış etməsidir.
 
- 1/4 finalda rəqibiniz olacaq "Alliance" FK komandası haqqında nə deyə bilərsiniz?
- Qrup mərhələsində fərqli qruplarda yer alsaq da, oyunlar eyni stadionda keçirildiyindən, rəqibin oyununu dəfələrlə izləmək şansımız olub. Çox güclü rəqibdir və yaxşı futbolçuları da var. Ona görə də bu oyuna ciddi hazırlaşırıq. 
 
- Yəgin ki, sabahkı oyunda qazanacağınız qələbə, doğum gününüz üçün gözəl hədiyyə ola bilər?
- Mənim üçün önəmli olan, yalnız komandamızın uğurudur. Azarkeşlərimizin bizə olan inamını doğrultmaq istəyirik və inanırıq ki, sabah çempionatda ardıcıl 11-ci qələbəmizi qazanacağıq!
 
- Bir daha doğüm gününüzü təbrik edirik və komandanıza uğurlar arzulayırıq.
 
Rauf İskəndərov / Premyer.az
400     
Reklam

Reklam