» » » SON DƏQİQƏ! "Kəpəz"in sabiq futbolçusu Gürcüstan çempionatında! EKSKLÜZİV! FOTOLAR

SON DƏQİQƏ! "Kəpəz"in sabiq futbolçusu Gürcüstan çempionatında! EKSKLÜZİV! FOTOLAR

SON DƏQİQƏ! "Kəpəz"in sabiq futbolçusu Gürcüstan çempionatında! EKSKLÜZİV! FOTOLAR"Kəpəz"in sabiq futbolçusu Tural Rzayev bundan sonra karyerasını Gürcüstan çempionatında davam etdirəcək.
 
Bir neçə saat öncə Gürcüstanın Birinci Divizonunda çıxış edən "Merani" (Martvili) komandası ilə, 26 yaşlı yarımmüdafiəçi arasında bir illik müqavilə imzalanıb. Bu haqda futbolçu özü Premyer.az saytına eksklüziv müsahibəsində bildirib.
 
Qeyd edək ki, son klubu "Kəpəz" olan Tural, Gəncə futbol məktəbinin yetirməsidir. Professional futbolçu karyerasını "Neftçi" komandasının 17 yaşlılardan ibarət komandasında başlayan Rzayev, daha sonra flaqmanın əvəzedici heyətində, o cümlədən "Ağsu", "Zirə" və "Kəpəz" komandalarında çıxış edib.
 
2018-ci ildə Tural ilk legioner həyatını yaşayıb. Futbolçu Litvanın Yüksək Liqasında çıxış edən Yonava şəhərinin eyni adlı komandasında top qovaraq, 16 oyunda bir qola da imza atıb. 2019-cu ilin yanvar ayında yenidən "Kəpəzə" qayıdan futbolçu, doğma klubunda may ayına qədər çıxış edib. 
 
Rauf İskəndərov / Premyer.az
SON DƏQİQƏ! "Kəpəz"in sabiq futbolçusu Gürcüstan çempionatında! EKSKLÜZİV! FOTOLAR
SON DƏQİQƏ! "Kəpəz"in sabiq futbolçusu Gürcüstan çempionatında! EKSKLÜZİV! FOTOLAR
414     
Reklam

Reklam