» » » BFL, XIII tur: "Füzuli" FK qələbələri sıralayır! Vasif İsmayılovun yetirmələrindən ardıcıl 10-cu qələbə! VİDEO

BFL, XIII tur: "Füzuli" FK qələbələri sıralayır! Vasif İsmayılovun yetirmələrindən ardıcıl 10-cu qələbə! VİDEO

BFL, XIII tur: "Füzuli" FK qələbələri sıralayır! Vasif İsmayılovun yetirmələrindən ardıcıl 10-cu qələbə!  VİDEOBu gün Bakı Futbol Liqasında XIII turun oyunları keçirilib.
 
"A" qrupunda turnir cədvəlinin lideri olan "Füzuli" komandası "Mübariz" komandasını qəbul edib. İlk dəqiqədən təşəbbüsü ələ alan əyalət təmsilçisi elə ilk hücumdaca Nahid Mehrəliyevin sərrast zərbəsi ilə hesabda irəli çıxıb. Elvin Əlizadə və Sabir Allahquliyevin qolları ilə "Füzuli" komandası fasiləyə 3:0-lıq üstün durumda yollanıb. İkinci hissəyə daha fəal başlayan nominal meydan sahibləri hesab arasındakı fərqi azaltmağa nail olub. Lakin Vasif İsmayılovun yetirmələri daha iki qol vuraraq, oyunda 5:1 hesablı inamlı qələbə qazanıb. Komandanın 4-cü və 5-ci qollarına Sabir Allahquliyev və Rafael Qavami imza atıblar.  
 
Beləliklə də, çempionatda ardıcıl 10-cu qələbəsini qazan "Füzuli" komandası, bu oyundan sonra turnir cədvəlində zirvədəki yerini bir az daha möhkəmlədərək, xallarını 34-ə çatdırıb. 
 
Foto və video: Rauf İskəndərov / Premyer.az

[video=]
354     
Reklam

Reklam