» » » BFL, XII tur: Qrupda ardıcıl 9-cu qələbəsini qazanan "Füzuli" FK "Aslan" AFK-nı taxtdan saldı!

BFL, XII tur: Qrupda ardıcıl 9-cu qələbəsini qazanan "Füzuli" FK "Aslan" AFK-nı taxtdan saldı!

BFL, XII tur: Qrupda ardıcıl 9-cu qələbəsini qazanan "Füzuli" FK "Aslan" AFK-nı taxtdan saldı!Bu gün Bakı Futbol Liqasında XII turun oyunları keçirilib.
 
Turun mərkəzi qarşılaşması "A" qrupunda ilk iki sırada qərarlaşan "Aslan" AFK ilə "Füzuli" FK komandaları arasında baş tutub. İlk dövrədə Astara təmsilçisi üzərində 2:0 hesablı qələbə qazanan füzulililər, bu dəfə ilk hissədə hesabda geridə olsalar da, sonda rəqibini 3:1 hesablı əzmkar qələbə ilə üstələməyi bacarıblar. Komandanın heyətində qollara Rafael Qavami, Elvin Əlizadə və Sabir Allahquliyev imza atıblar.
 
Çempionatda ardıcıl 9-cu qələbəsini qazan "Füzuli" komandası, bu oyundan sonra "Aslan" AFK-nı taxtdan salaraq, qrupda şəriksiz liderliyə yüksəlib. 

Rauf İskəndərov 
"Füzuli" FK-nın Mətbuat Rəhbəri
259     
Reklam

Reklam