» » » Premyer Liqa, XII tur: "Neftçi"dən zirvəyə doğru daha bir addım!

Premyer Liqa, XII tur: "Neftçi"dən zirvəyə doğru daha bir addım!

Premyer Liqa, XII tur: "Neftçi"dən zirvəyə doğru daha bir addım!Bu gün Azərbaycan Premyer Liqasında XII turun son oyunları keçirilib.

Premyer.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib. "Zirə" öz meydanında "Keşlə"ni qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada "Neftçi" "Qəbələ" üzərində 4:1 hesablı inamlı qələbə qazanaraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
 
Premyer Liqa, XII tur 
24 noyabr 2019

"Neftçi” – "Qəbələ” - 4:1
Qol: Soni Mustivar, 18 (1:0), Ömər Buludov, 24 (2:0), Stiven Monroz, 35 (3:0), Platellas, 90+2 (4:0), Gerye, 90+5-avtoqol (4:1)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
"Bakcell Arena”

"Zirə” – "Keşlə” - 3:1
Qol: Xulio Sezar Rodriges, 6-pen. (1:0), 11 (2:0), Cavid Hüseynov, 35 (3:0) Ruslan Qurbanov, 45+4 (3:1)
Qırmızı vərəqə: Sezar Meza Kolli, 59 ("Keşlə")
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu

Turun digər nəticələri:
"Sumqayıt” – "Qarabağ” - 2:1
"Səbail” – "Sabah” - 1:3 
126     
Reklam

Reklam