» » » BFL: "Füzuli"-dən qrup lideri üzərində möhtəşəm qələbə! TURNİR CƏDVƏLİ

BFL: "Füzuli"-dən qrup lideri üzərində möhtəşəm qələbə! TURNİR CƏDVƏLİ

BFL: "Füzuli"-dən qrup lideri üzərində möhtəşəm qələbə! TURNİR CƏDVƏLİBu gün Bakı Futbol Liqasında təxirə salınmış oyunlar keçirilib.
 
Premyer.az xəbər verir ki, günün ilk qarşılaşmasında "A" qrupunun lideri "Astara", 3-cü sırada qərarlaşan "Füzuli" komandasını qəbul edib. Bu günə qədər 100%-lik nəticə ilə gedən astaralılar, çempionatda ilk məğlubiyyətini yaşayıb. "Füzuli" komandası nominal meydan sahiblərinin qapısından 2 cavabsız qol keçirib. Qollara Comərd Baxşəliyev və Sabir Allahquliyev imza atıblar.
 
Beləliklə də əyalət təmsilçisi turnir cədvəlində xallarını 16-ya çatdıraraq, top fərqinə görə 2-ci pilləyə yüksəlib.
 
Günün digər iki qarşılaşmasının nəticələrini və hər iki qrupdakı turnir cədvəllərini diqqətinizə çatdırırıq:
 
"A" qrupu
"Astara" - "Füzuli" 0:2
"Palermo Baku" - "Lökbatan" 5:9
 

No:

Komanda

O

Q

H

M

T-F

X

1

"Astara” FK

7

6

0

1

37-7

18

2

"Füzuli” FK

7

5

1

1

32-9

16

3

"Çağırğan” (Sabirabad)

7

5

1

1

19-12

16

4

"Əmirli Tovuz”

7

2

2

3

12-8

8

5

"Khazar FC”

7

1

3

3

9-23

6

6

"Lökbatan” FK

7

2

0

5

17-39

6

7

"Mübariz” FK

7

1

2

4

8-21

5

8

"Palermo Baku” FK

7

1

1

5

13-28

4


"B" qrupu 
"Alliance" - "Sirena Motors" 1:3

 No: Komanda  O  Q  H  M  T-F  X
1. "FC Baku"  7  6  1  0  58-7  19
2. "Seniors"  7  6  1  0  44-18  19
3. "Sirena Motors"  7  5  0  2  37-11  15
4. "Tornado" FK  7  4  0  3  37-19  12
5. "Alliance" FK  7  3  0  4  16-20  9
6. "Army United"  7  1  1  5  29-43  4
7. "Balaxanı" FK  7  1  1  5  16-63  4
8. "Göytürk" FK  7  0  0  7  9-65  0

Rauf İskəndərov / Premyer.az
276     
Reklam

Reklam