» » » Premyer Liqa, XII tur: "Sabah" son dəqiqələrdə vurduğu 3 qolla qalib gəldi! VİDEO

Premyer Liqa, XII tur: "Sabah" son dəqiqələrdə vurduğu 3 qolla qalib gəldi! VİDEO

Premyer Liqa, XII tur: "Sabah" son dəqiqələrdə vurduğu 3 qolla qalib gəldi! VİDEODünən Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib. "Sabah" səfərdə "Səbail" üzərinndə 3:1 hesablı əzmkar qələbə qazanıb.
 
Maraqlı haldır ki, oyunda vurulan 4 qolun hamısı qonaq komandanın futbolçularının aktivinə yazılıb. Belə ki, Məqsəd İsyaevin 77-ci dəqiqədə avtoqola imza atdığı qarşılaşmada, "Sabah" son dəqiqələrdə vurduğu ardıcıl 3 qolla qalib gəlib. 88 və 90-cı dəqiqələrdə Ulisse Diallo dubl edərkən, 90+7-ci dəqiqədə Hendrik Ekşteyn hesabı 3:1-ə çatdırıb. 
 
Onu da qeyd edək ki, "Sabah" komandası bütün qollarını, meydan sahibləri 86-cı dəqiqədə azlıqda qaldıqdan sonra vurmağı bacarıb. İkinci sarı və qırmızı vərəqə alan Adil Nağıyev, meydandan qovulub.
 
114     
Reklam

Reklam