» » » Region Liqası, V tur: Bir oyunun vaxtı dəyişdirildi

Region Liqası, V tur: Bir oyunun vaxtı dəyişdirildi

Region Liqası, V tur: Bir oyunun vaxtı dəyişdirildiRegion Liqasının V turunun açılış oyunu baş tutmayıb. Premyer.az xəbər verir ki, daha öncə AFFA-nın elan etdiyimi kimi, bu gün keçirilməsi planlaşdırılan "Qusar" - "Uğur" (Sumqayıt) qarşılaşması, meydan sahiblərinin AFFA-ya müraciətinə əsasən başqa tarixə keçirilib. 
 
Belə ki, oyun 25 noyabr 2019-cu il tarixində, Sumqayıtın "Kapital Bank Arena" stadionunda keçiriləcək və saat 15:00-da start götürəcək.
 
Qeyd edək ki, "Qusar" komandası Region Liqasında formal olaraq Qusarı təmsil etsə də, Bakı və Sumqayıt futbolçularından təşkil edilmiş komanda, ev oyunlarını Sumqayıtın "Kapital Bank Arena"sında keçirir. 
 
Rauf İskəndərov / Premyer.az
264     
Reklam

Reklam