
Bu gün Region Liqasının V turuna start verilib. Lakin təəssüflər olsun ki, Mərkəz və Cənub Regionunun Mərkəz Zonasında keçirilməsi planlaşdırılan "İmişli" - "Mil" (Beyləqan) qarşılaşması, hər iki komandanın oyuna gəlməsinə baxmayaraq, baş tutmayıb.
Premyer.az "İmişli" komandasının Instagram səhifəsinə istinadən xəbər verir ki, hər iki klub saat 15:00 üçün İmişli şəhər stadionuna təşrif buyurmasına baxmayaraq, onlar stadionun qapılarının kilidli olduğunun şahidi olublar. Bildirilir ki, stadion rəhbərliyi komandaları stadiona buraxmayıb.

Premyer.az saytının "Mil" komandasından əldə etdiyi məlumata əsasən, komandalar stadiona yalnız 30-40 dəqiqə gecikmə ilə daxil olub. Təcili tibbi yardım briqadası da oyuna gecikincə, Rauf Allahverdiyevin
baş hakimi olduğu hakimlər briqadası, oyunun keçirilməməsinə qərar verib.
Turnirin Əsasnaməsinə əsasən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyətin verilməsi gözlənilir. Son qərarı AFFA Nizam-İntizam Komitəsi verəcək.
IV turdan sonra qrupdakı turnir cədvəlini aşağıdakı kimidir:
No: Komanda |
O |
Q |
H |
M |
T-F |
X |
1. Ağsu Siti |
4 |
3 |
1 |
0 |
18-5 |
10 |
2. Şamaxı FK |
3 |
2 |
1 |
0 |
6-0 |
7 |
3. İmişli |
3 |
1 |
0 |
2 |
5-10 |
3 |
4. Mil FK (Beyləqan) |
3 |
1 |
0 |
2 |
7-15 |
3 |
5. Araz (Saatlı) |
3 |
0 |
0 |
3 |
7-13 |
0 |
Rauf İskəndərov / Premyer.az