» » » BFL - TRANSFER pəncərəsi davam edir - ŞƏRTLƏR

BFL - TRANSFER pəncərəsi davam edir - ŞƏRTLƏR

BFL - TRANSFER pəncərəsi davam edir - ŞƏRTLƏRBFL - Bakı Futbol Liqasında transfer pəncərəsi davam edir.
 
Premyer.az xəbər verir ki, komandalar 18-25 noyabr tarixləri arasında transferlərini reallaşdıra bilərlər.

ŞƏRTLƏR:
Reqlamentə əsasən transfer prosesində "Komandalar” birbaşa olaraq BFL ilə əlaqədə olmalı, prosesin hər bir mərhələsində BFL-ə yazılı məlumat verməlidir.

Transfer prosesi aşağıdakı kimi olmalıdır:

• "Transfer edən komanda” BFL-in hər hansı komandasının üzvü olan və ya BFL-in cari mövsümündə iştirak etməyən oyunçu ilə maraqlandıqlarını və oyunçunun mənsub olduğu komanda ilə transfer danışıqlarına başladıqları haqqında [email protected] adresinə yazılı məlumat göndərir.
• Komandalar arasında danışıqların son nəticəsi bəlli olandan sonra "transfer edən komanda” [email protected] adresinə yazaraq danışıqların son nəticəsi və transferin baş tutub-tutmayacağı haqqında dəqiq məlumat verməlidir.
• "Transfer pəncərəsi”ndə hər komanda maksimum 8 (səkkiz) oyunçunu heyətinə qata bilər (bütün oyunçuların sayı 20-ni keçməməklə).
248     
Reklam

Reklam