
Bu gün Region Liqasında IV turun oyunları keçirilib. Premyer.az xəbər verir ki, Şimal - Qərb və Qərb Zonasında Mingəçevirin "Energetik" komandası bu mövsüm ardıcıl 3-cü qələbəsini qazanıb.
Bu dəfə "gənclik" şəhərinin nümayəndələri qrup lideri olan "Şəki" komandasının qapısından 4 cavabsız qol keçirərək, komandanı taxtdan salıb. Qollara kapitan Vüsal İsmayılov, Nicat Əhmədov, Zamir Cəlilov və Elçin Abdullayev imza atıblar.
Bu qələbədən sonra "Energetik" turnir cədvəlindəki xallarını 9-a çatdıraraq, qrup liderliyinə yüksəlib.
Rauf İskəndərov / Premyer.az