» » » REGİON LİQASI, IV tur: "Şamaxı" FK qrup lideri olmaqda iddialıdır! VİDEO

REGİON LİQASI, IV tur: "Şamaxı" FK qrup lideri olmaqda iddialıdır! VİDEO

REGİON LİQASI, IV tur: "Şamaxı" FK qrup lideri olmaqda iddialıdır! VİDEORegion Liqasının 2019/2020-ci illər mövsümünün IV turu çərçivəsində, Mərkəz Zonası qrupunda mübarizə aparan "Şamaxı" komandası çempionatda növbəti oyununu keçirməyə hazırlaşır.
 
Premyer.az xəbər verir ki, ilk 2 oyunda qələbə qazanan şamaxılılar, 4-cü turda qrup liderini qəbul edəcək. Bu mövsüm yeni trasferləri ilə  iddialı olduğunu ortaya qoyan "Şamaxı" FK, artıq vacib oyunla əlaqədar videoçarx da hazırlayıb.
 
Qeyd edək ki, Mərkəz Zonası qrupunda 5 komanda yer aldığından, hər tur bir komanda məcburi istirahət edir.
 
17 noyabr 2019-cu il tarixində, saat 14:00-da Şamaxı Olimpiya Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanın videoçarxını diqqətinizə çatdırırıq.
 
Rauf İskəndərov / Premyer.az
Mənbə: Şamaxı TV
 

375     
Reklam

Reklam