» » » BFL: İki komanda çempionatdan xaric edildi, ikisi isə yeni qoşuldu!

BFL: İki komanda çempionatdan xaric edildi, ikisi isə yeni qoşuldu!

BFL: İki komanda çempionatdan xaric edildi, ikisi isə yeni qoşuldu! Bu gün Bakı Futbol Liqasında VI turun oyunları keçirilib. Lakin "Vətən" Futbol Akademiyasının stadionuna toplaşan azarkeşlər iki yeni komandanın şahidi olublar.
 
Belə ki, "A" qrupunda çempionata II turdan etibarən, "AgroSport" komandasının əvəzinə qoşulan "Azəri" komandası, VI turdan öncə BFL-ə müraciət edərək, komandanın oyunçularının komandanı tərk etməsi ilə əlaqədar olaraq, liqadan xaric olunmalarını istəyiblər. Beləliklə də, "Azəri" komandası VI turdan etibarən "Khazar FC" komandası ilə əvəzlənib.
 
Premyer.az xəbər verir ki, daha bir yeni komandası isə - "Palermo Baku"dur. Bu klub, çempionatdan VI turdan etibarən xaric edilən "Borçalı" komandasını əvəzləyib. 
 
Rauf İskəndərov / Premyer.az
212     
Reklam

Reklam