» » » Region Liqasının Naxçıvan Regionu üzrə birinciliyinə start verilib

Region Liqasının Naxçıvan Regionu üzrə birinciliyinə start verilib

Region Liqasının Naxçıvan Regionu üzrə birinciliyinə start verilibRegion Liqasının Naxçıvan Regionu üzrə birinciliyinə start verilib. Qeyd edək ki, bu yarış eyni anda Naxçıvan MR Çempionatı da sayılır.
 
Premyer.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın ilk turunda Mərkəzi zonada mübarizə aparan komandalar meydanda olublar. Muxtar Respublika Stadionunda oynanılan qarşılaşlamalarda aşağıdakı nəticələr qeydə alınıb:


"Əlincə” (Culfa) – "Batabat” (Şahbuz) 12:0
"Dübəndi” (Ordubad) - "Babək" (Babək) 3:2


Turun növbəti oyunları isə 8 noyabr tarixində Şərur rayon Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq. Qərb zonasındakı həmin qarşılaşmalar aşağıdakı kimidir:


"Kəngərli" (Kəngərli) - "Sədərək" (Sədərək)
"Universitet” (NDU) – "Arpaçay” (Şərur)


Qeyd edək ki, çempionat Mərkəz və Qərb zonaları üzrə keçirilir. Müvafiq olaraq 3 və 4 dövrədən ibarət zona yarışları sonunda turnir cədvəlində 1 və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.

Rauf İskəndərov / Premyer.az
250     
Reklam

Reklam