» » » “AFFA – elektron idman KİV-i: dəyirmi masa”sı keçirilib (Fotoreportaj)

“AFFA – elektron idman KİV-i: dəyirmi masa”sı keçirilib (Fotoreportaj)







Bu gün "Boulevard Hotel Baku” otelində "AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı tədbir keçirilib.
Premyer.az AFFA-ya istinadən xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən idman təmayüllü saytların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib. Baş katib beynəlxalq aləmdə Azərbaycanın mötəbər idman tədbirlərinin təşkil olunduğu ölkə kimi tanındığını qeyd edib və bu sahədə görülən işlərin təbliğində mətbuatın, xüsusilə elektron Kütləvi İnformasiya Vasitələrinin böyük əhəmiyyət kəsb etdiyini deyib. E.Məmmədov tədbirin gündəliyində nəzərdə tutulan məsələlər barədə danışıb və AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, elektron idman mətbuatında mövcud problemlərin müzakirəsi, onların həlli ilə bağlı təkliflərin səsləndirilməsi üçün bu tədbirin təşkil olunduğunu qeyd edib. Sonra mətbuat nümayəndələri ətrafında əyləşdikləri masalar üzrə şərti olaraq qruplar yaratmaqla gündəlikdəki məsələləri müzakirə edib və hər masadan bir nümayəndə çıxış edərək təklifləri səsləndirib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu tədbirlə bağlı fikirlərini və təkliflərini bildirib. Sonda Elxan Məmmədov mətbuat nümayəndələrinə təşəkkürünü bildirib və analoji tədbirin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd edib.


170