» » » Roberto Bordin: "Ona başa salmaq istəyirdim ki.."

Roberto Bordin: "Ona başa salmaq istəyirdim ki.."

Roberto Bordin: "Ona başa salmaq istəyirdim ki..""Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Premyer Liqanın 10-cu turunun "Qarabağ” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis növbəti matçlarda maksimum xal toplayıb, liderlə xal fərqini azaltmağa çalışacaqlarını bildirib:

"Gözəl oyun oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Əgər bu matçı boks idman növü kimi qiymətləndirsək, biz bir neçə xal çox qazandıq. Çoxlu sayda qol epizodu yaratdıq. Hətta qol da vurduq, amma sayılmadı”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Konfransdan əvvəl sayılmayan qol və Turalın epizoduna baxmaq istəsəm də, hələ hazır deyildi. Hər iki epizoda baxandan sonra fikir bildirəcəm. Əlbəttə, 8 xal böyük fərqdi. Qarşıdan gələn oyunlarda maksimum xal toplayıb, xal fərqini azaltmağa çalışacağıq. Son 4 matçda qələbə qazanmışdıq, indi isə "Qarabağ”a qarşı yaxşı oyunla heç-heçə etdik. Mən oyundan razı qalmışam, məncə, rəhbərlik də razı qalar. Əgər bu gün pis oynayıb məğlub olsaydıq, deyərdim ki, problem var. Unutmayaq ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ”a qarşı oynayırdıq. "Neftçi”də problem olduğunu düşünmürəm. Xal fərqini 5-ə endirmək istəyirdik, amma alınmadı. Riçard Almeyda ilə aramızdakı dialoqa gəlincə, ona başa salmaq istəyirdim ki, ona qarşı kobud oyundan öncə Soni Mustivara qarşı da qayda pozuntusu vardı, amma hakim oyunu saxlamadı. Rəqibin məşqçisi ilə isə aramızda kiçik anlaşılmazlıq oldu. Yenə deyirəm, oyundan razı qaldım. Çünki futbolçularımız son saniyəyə qədər hücuma köklənmişdilər. Bu gün bir xal qazanmadıq, iki xal itirdik”.
117     
Reklam

Reklam