» » » REGİON LİQASI: AFFA hakimləri təhqir edən və aqressiv davranan futbolçuları cəzalandırdı - QƏRAR

REGİON LİQASI: AFFA hakimləri təhqir edən və aqressiv davranan futbolçuları cəzalandırdı - QƏRAR

AFFA İntizam Komitəsi Region Liqasının ilk turu ilə əlaqədar qərarlarını açıqlayıb.
 
Premyer.az qərarları diqqətinizə çatdırır: 
 
26 oktyabr 2019-cu il, Region Liqasının "Ağsu Siti” – "Araz” (Saatlı) matçının 44-cü dəqiqəsində "Ağsu” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

26 oktyabr 2019-cu il, Region Liqasının "Qusar” – "İrəvan” matçının 52-ci dəqiqəsində "Qusar” klubunun 22 №-li futbolçusu Vüsal Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).

27 oktyabr 2019-cu il, Region Liqasının "Energetik” – "Oğuz” matçının 70-ci dəqiqəsində "Oğuz” klubunun 4 №-li futbolçusu Orxan Hacıbalayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
273     
Reklam

Reklam