» » » BFL - IV TURUN İCMALI

BFL - IV TURUN İCMALI

BFL - IV TURUN İCMALIBakı Futbol Liqası 2019/20-ci il mövsümünün 4-cü turu çərçivəsindəki oyunlar dünən baş tutub.

Ötən turda B qrupunda "Balaxanı FK" ilə heç-heçə qalan "Army United" 4-cü turda "Göytürk FK"nı 17-4 hesabı ilə məğlub etməklə xallarının sayını 4-ə çatdırıb.
"Borçalı FK" və "Çağırğan FK" komandaları qarşı-qarşıya gəliblər. A qrupunun oyunları çərçivəsində "Çağırğan FK" rəqibindən 2-0 hesabı ilə üstün olub.
A qrupunun növbəti matçında "Əmirli Tovuz" və "Mübariz FK" komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qol olmayıb.
B qrupunda "FC Baku" "Balaxanı FK" komandasını 17-1 hesabı ilə məğlub edib.
Turun növbəti matçında B qrupundan iddialı komandalar, "Sirena Motors" "Seniors"la qarşılaşıb. Maraqlı mübarizədə qol imkanlarını daha yaxşı dəyərləndirən "Seniors" kollektivi avtomobilçilər üzərində 5-2 hesabı ilə qələbə qazanaraq 3 xalı əldə edən tərəf olub.
"Astara FK" A qrupunda "Azəri"ni qəbul edib. Oyunda cənub təmsilçiləri rəqibini 4-1 hesabı ilə məğlubiyyətə uğradıb.
"Tornado FK" geriyə düşdüyü oyunda "Alliance FK"nı 3-2 hesabı ilə məğkub etməyi bacardı.
"Füzuli FK" "Lökbatan FK" komandasını məğlub edib. A qrupunun oyunları çərçivəsində baş tutan oyunda "Füzuli FK" 14 cavabsız qolla qələbə qazanıb.

Növbəti turun oyunları 3 noyabr tarixndə baş tutacaq
283     
Reklam

Reklam