
Region Liqasının 2019/2020-ci illər mövsümünün I turu çərçivəsində bu gün daha iki oyun keçirilib.
Premyer.az xəbər verir ki, ilk öncə "Kapital Bank Arena"da Paytaxt və Şimal Zonasında yer alan Region Liqasının iki debütantı bir araya gəlib. Qusarın eyni adlı adlı komandası "İrəvan" komandasının qapısından 3 cavabsız top keçirib.
Mərkəz Zonası qrupunda Ağsu şəhər stadionunda baş tutmuş günün ikinci qarşılaşmasında "Ağsu Siti" Saatlının "Araz" komandasını qəbul edib. Bu gğrüşdəə də meydan sahibləri böyük hesablı qələbə qazanıb 5-1.
REGİON LİQASI
Paytaxt və Şimal Zonası
25.10.2019
"Xudat" 0-3 "Şahdağ" (Qusar)
"Uğur" (Sumqayıt) 16:0 "Qardaşlar"
26.10.2019
"Qusar" 3-0 "İrəvan"
Mərkəz Zonası
26.10.2019
"Ağsu Siti" 5:1 "Araz" (Saatlı)
Rauf İskəndərov / Premyer.az