» » » Region Liqası, I tur: Biləcəridə darmadağın!

Region Liqası, I tur: Biləcəridə darmadağın!

Region Liqası, I tur: Biləcəridə darmadağın!Region Liqasının 2019/2020-ci illər mövsümünün I turu çərçivəsində, Paytaxt və Şimal Zonasında daha bir oyun keçirilib.
 
Premyer.az xəbər verir ki, Biləcəri Futbol Mərkəzində baş tutan qarşılaşmada, Region Liqasının ilk iki mövsümünün qalibi olan Sumqayıtın "Uğur" komandası, çempionatın debütantı - Bakının "Qardaşlar" komandasını qəbul edib.
 
Gözlənildiyi kimi, sumqayıtlıların böyük üstünlüyü ilə keçən oyun, 16:0 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu qrupda keçirilmiş ilk oyunda digər debütant "Xudat" Qusarın "Şahdağ" komandasına 0:3 hesabı ilə məğlub olub.
 
Rauf İskəndərov / Premyer.az
345     
Reklam

Reklam