» » » "Texnomart" Rusiyada uğur qazanmış "Füzuli" komandasını mükafatlandırdı - FOTOLAR

"Texnomart" Rusiyada uğur qazanmış "Füzuli" komandasını mükafatlandırdı - FOTOLAR

"Texnomart" Rusiyada uğur qazanmış "Füzuli" komandasını mükafatlandırdı - FOTOLARDaima "Füzuli" futbol komandasına və Azərbaycan idmanına dəstək olan "Texnomart" şirkətlər şəbəkəsi, bu yaxınlarda Qroznı şəhərində keçirilmiş Həvəskarlar Arasında III Rusiya çempionatında böyük uğura imza ataraq, gümüş medallar qazanan və 3 futbolçusu turnirin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə turnirin ən yaxşısı elan edilmiş "Füzuli" futbol komandasının rəhbərliyini, futbolçularını və texniki heyətini, o cümlədən Rusiyadakı turnirin Hakimlər Komitəsinin sədri olmuş, FİFA referimiz Əfqan Həmzəyevi qəbul edib.
 
Premyer.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ilk öncə "Texnomart" şirkətlər şəbəkəsinin rəhbərliyi "Füzuli" komandasını beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edərək, böyük uğur qazanması münasibəti ilə təbrik edib, komandaya gələcəkdə də belə qələbələri sıralamağı arzulayıb. Öz tərəfindən isə "Texnomart" şirkəti, bundan sonra da komandaya dəstək olacaqlarını vurğulayıb.
 
"Füzuli" komandasının baş məşqçisi Vasif İsmayılov, komandaya göstərilən diqqət və qayğıya görə, "Texnomart" şirkətlər şəbəkəsinin rəhbərliyinə, klub adından öz minnətdarlığını bildirib.
 
Görüşün sonunda "Texnomart" tərəfindən "Füzuli" komandasının bütün üzvlərinə və referimiz Əfqan Həmzəyevə qiymətli hədiyyələr və mükafatlar təqdim edilərək, komanda ilə birlikdə xatirə şəkli də çəkilib.
 
Rauf İskəndərov / Premyer.az

510     
Reklam

Reklam