» » » ŞOK! "Danışılmış oyunlarda" günahlandırılan "Ağsu" klubunun iki futbolçusuna AFFA-da ağır cəza!

ŞOK! "Danışılmış oyunlarda" günahlandırılan "Ağsu" klubunun iki futbolçusuna AFFA-da ağır cəza!

ŞOK! "Danışılmış oyunlarda" günahlandırılan "Ağsu" klubunun iki futbolçusuna AFFA-da ağır cəza!İntizam Komitəsinin bu gün keçirilən növbədənkənar iclasında aşağıdakı qərar qəbul olundu:
Birinci divizionda çıxış edən "Ağsu” Futbol Klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.
203     
Reklam

Reklam