» » » Dario Frederiko: "Çalışacağıq ki hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq"

Dario Frederiko: "Çalışacağıq ki hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq"

Dario Frederiko: "Çalışacağıq ki hər oyunda qalib gəlib liderlə xal fərqini azaldaq""Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko "Zirə” ilə oyundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi olan braziliyalı futbolçu azarkeşlərin dəstəyinə görə sevindiyini bildirib:
 
"Böyük hesabla qalib gəlsək də, asan olmadı. Çox vacib qələbə idi. Ardıcıl üçüncü qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik. Çalışacağıq ki, hər oyunda qalib gəlib, liderlə xal fərqini azaldaq. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Azarkeşlərin yenidən bizi dəstəklədiyinə çox sevinirəm. Onlardan hər oyunda dəstək gözləyirik”.
171     
Reklam

Reklam