» » » "Neftçi"dən ardıcıl üçüncü qələbə!

"Neftçi"dən ardıcıl üçüncü qələbə!

"Neftçi"dən ardıcıl üçüncü qələbə!Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq. İkinci oyun günündə keçirilməsi nəzərdə tutulan qarşılaşmalardan biri artıq başa çatıb.
İki paytaxt təmsilçisi - "Neftçi” və "Zirə” "Bakcell Arena"da üz-üzə gəlib. İlk dövrədə Zirədə təşkil olunan matçda meydan sahibləri minimal hesabla üstün olmuşdular.
Bu dəfə "Neftçi" qələbəni bayram edən tərəf olub. "Ağ-qaralar" 3 xalı 3 cavabsız qolla qazanıblar və turnir cədvəlində "Keşlə"ni geridə qoyaraq ikinci pilləyə yüksəliblər.
Qeyd edək ki, turun ilk oyun gündə "Qarabağ" "Qəbələ" ilə, "Keşlə" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
 
Azərbaycan Premyer Liqası
VIII tur
20 oktyabr
"Neftçi” – "Zirə” - 3:0
Qollar: D.Federiko, 27. B.Dabo, 46. S.Monroz, 77.
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
"Bakcell Arena”
115     
Reklam

Reklam