» » » Premyer Liqa, VIII tur: "Qəbələ" lideri büdrətdi

Premyer Liqa, VIII tur: "Qəbələ" lideri büdrətdi

Premyer Liqa, VIII tur: "Qəbələ" lideri büdrətdiAzərbaycan Premyer Liqasının II dövrəsinə "Qəbələ" - "Qarabağ” qarşılaşma ilə start verib. "Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev ötən turla müqayisədə start "11-liy”ində heç bir dəyişikliyə ehtiyac duymayıb.

"Qırmızı-qaralar” matça fəal başlayıb. Ardıcıl hücumlar 3-cü dəqiqədə vurulan erkən qolla nəticələnib. Cinahda ötürmə alan Qismət Alıyev mərkəzə doğru irəliləyib və divar paslaşmasından sonra cərimə meydanına daxil olub. Yarımmüdafiəçinin yaxın məsafədən zərbəsi rəqib qapıçı üçün qarşısıalınmaz olub – 1:0. Hesab açıldıqdan sonra meydan sahibləri ardıcıl bir neçə qol imkanı da əldə edib. Qismətin daha bir zərbəsini qapıçı dəf edibsə, Davit Volkov və Klesio Bauk çərçivəyə düşə bilməyib.

Ardınca təşəbbüsü ələ alan qonaqlar daha çox hücum edib. Bunlardan biri İsmayıl İbrahimlinin uzaq məsafədən qapını dəqiq nişan alması ilə nəticələnib – 1:1. İlk yarının sonunadək ağdamlılar daha çox həmlə təşkil edib,  "Qəbələ” isə sürətli əks-hücumlar qurub.

Fasilədən sonra oyunun ssenarisi ciddi dəyişməyib. "Qırmızı-qaralar” hissənin əvvəlində qol imkanı qazansa da, Klesionun zərbəsi qapının üstündən keçib. Az sonra sürətli əks-hücumda Volkov cərimə meydanı daxilindən qüvvətli zərbə endirsə də, müdafiəçilər topa toxuna biliblər. Görüşün sonunadək inamla müdafiə olunan komandamız bir neçə dəfə də rəqib qapısı önündə gərginlik yaratsa da, əks-hücumu dəqiq zərbə ilə tamamlaya bilməyib.

Beləliklə, "Qəbələ” çempionatın lideri ilə ev oyununda 1 xal qazanıb – 1:1, "Qarabağ" isə çempionatda ilk xallarını itirib.
 
"Qəbələ” – "Qarabağ” – 1:1
19 oktyabr 2019. Saat 17:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Merab Qiqauri, 34 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 45+3 (qeyri-idman hərəkəti); Roman Hüseynov, 57 (oyunun bərpasını ləngitdiyinə görə); Amin Seydiyev, 67 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 70 (qeyri-idman hərəkəti); Fernan Lopez, 87 (qeyri-idman hərəkəti) // Abdullah Zubir, 87 (qeyri-idman hərəkəti); İsmayıl İbrahimli, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Qismət Alıyev, 3 // İsmayıl İbrahimli, 9
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.
 
"Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
(19. Rövlan Muradov, 79)
7. Roman Hüseynov
(14. Ülvi İsgəndərov, 72)
74. Yusif Nəbiyev
9. Davit Volkov
3. İviça Zuniç
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
(4. Sadiq Quliyev, 87)
2. Amin Seydiyev
 
Ehtiyat oyunçular:
 
94. Tərlan Əhmədli
28. Murad Musayev
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
 
Baş məşqçi: Azər Bağırov
 
"Qarabağ”
1. Asmir Beqoviç
5. Maksim Medvedev
2. Qara Qarayev
(20. Riçard Almeyda, 76)
14. Rəşad Sadıqov (k)
4. Rahil Məmmədov
10. Dani Kintana
(9. Xayme Romero, 76)
8. Markos Madera
17. Abdullah Zubir
99. Maqaye Qeye
3. Ailton Silva
18. İsmayıl İbrahimli
 
Ehtiyat oyunçular:
 
13. Vaqner da Silva
12. Şahruddin Məhəmmədəliyev
6. Simeon Slavçev
21. Hacıağa Hacılı
71. Toral Bayramov
29. Musa Qurbanlı
 
Baş məşqçi: Qurban Qurbanov
110     
Reklam

Reklam