» » » "Qəbələ" (Azərbaycan) - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib

"Qəbələ" (Azərbaycan) - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib

"Qəbələ" (Azərbaycan) - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşibUEFA Gənclər Liqası çərçivəsində 24 oktyabrda Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib.
Oyunun baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Valentin Kutsev və Vladimir Korotin laynsman, azərbaycanlı Vüqar Həsənli dördüncü hakim qismində kömək edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik hakim-inspektor, israilli Amir Navon UEFA nümayəndəsi qismində şəhərimizə təşrif buyuracaqlar.
Qeyd edək ki, Denis Şurman indiyədək 8 beynəlxalq rəsmi oyun idarə edib. Daha çox Ukrayna 1-ci liqasında (Persha Liha) fit çalan 32 yaşlı referi heç vaxt Azərbaycan komandalarının oyunlarını idarə etməyib.
130     
Reklam

Reklam