» » » "Nakhchivan CUP-95" turnirində ikinci tur başa çatdı - NƏTİCƏLƏR

"Nakhchivan CUP-95" turnirində ikinci tur başa çatdı - NƏTİCƏLƏR

"Nakhchivan CUP-95" turnirində ikinci tur başa çatdı - NƏTİCƏLƏR"Nakhchivan CUP-95" turnirində ikinci tur başa çatdı. Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan MR Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında keçirilən yarışın ikinci oyun günündə 4 komanda meydanda olub.
 
Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmalarda "Əndican"la (ÖZB) "Rekord" (AZƏ), "Qarabağ"la (AZƏ) "Qaraqalpakstan" (ÖZB) üz-üzə gəlib.
 
İlk turu 3 xalla bitirən Əndican növbəti görüşdən də qələbə ilə ayrılıb. Özbəklər Bakı təmsilçini böyük hesabla üstələyib - 7:2.
 
Turnirdə ilk oyununa çıxan təmsilçimiz "Qarabağ" da 3 xala sevinən tərəf olub. Geriyə düşməsində baxmayaraq toparlanan Ağdam klubu son dəqiqələrdə vurduğu qolla matçın qalibi olub - 2-1.
 
Sabah turnirdə 3-cü tura start veriləcək. III TUR "Əndican" (ÖZB) - "Qarabağ" (AZƏ),
"Araz-Naxçıvan" (AZƏ) - "Qaraqalpakstan" (ÖZB)
164     
Reklam

Reklam