» » » 15 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsində

15 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsində

"Mançester Yunayted” 15 yaşlı polşalı futbolçu Kasper Kozlovski ilə maraqlanır. "Poqon”un gənc hücumçusu artıq Polşa çempionatının yüksək liqasında debüt də edib.
 
"Mançester Yunayted” istedadlı futbolçuya maraq göstərən yeganə komanda deyil. İtaliya, Almaniya və Fransa klubları da K.Kozlovskini xidmətində maraqlıdır. Ötən mövsümə "Poqon”un əvəzedici heyəti ilə 4-cü divizionda başlayan forvard çempionatın sonlarında əsas komandaya cəlb edilib.
 
Debütü cari mövsümə təsadüf edən futbolçu artıq iki oyuna çıxıb. Polşa çempionatının lideri olan "Poqon”la futbolçu arasında müqavilə 2022-ci ilin yayına qədərdir.           
150     
Reklam

Reklam