» » » BFL iki futbolçunun cəzalarını açıqladı!

BFL iki futbolçunun cəzalarını açıqladı!

BFL Nizam İntizam komitəsinin 2019/20-ci il mövsünün 1-ci turu ilə bağlı qərarları açıqlandı.
 
Premyer.az qərarları diqqətinizə çatdırır:

• "Əmirli Tovuz" və "Borçalı FK" komandalarının üz-üzə gəldiyi oyunun 22-ci dəqiqəsində hər iki komandanın oyunçuları emosiyalara qapılıb mübahisə etmiş və oyunun dayanmasına səbəb olmuşdular. İnsidentin davam etməsi və oyunçuların bir-birinə qarşı qeyri-etik ifadələrdən istifadə etməsinə görə Pərviz Əliyev və Asif İsmayılov hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulublar.
NİK-in qərarına əsasən hər iki oyunçu 3 oyunluq cəzalanır. Adı çəkilən oyunçular 5-ci turda meydana çıxa bilərlər.
Bundan başqa hər iki oyunçu və komandalarına xəbərdarlıq olunur. 
107     
Reklam

Reklam