» » » Flaqman "Zirə" ilə oyunun hazırlığına başlandı

Flaqman "Zirə" ilə oyunun hazırlığına başlandı

Flaqman "Zirə" ilə oyunun hazırlığına başlandı"Neftçi” məşqləri bərpa edib. Premyer Liqanın 7-ci turunda "Səbail” üzərində qələbədən (2:1) sonra 4 günlük fasiləyə buraxılan komanda, dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Səlahət Ağayev, həmçinin milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq bu gün bir məşqlə davam edib.

Xatırladaq ki, oktyabrın 20-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 17:00-da başlanacaq.
48     
Reklam

Reklam