» » » Şahmatçılarımız "Grand Swiss 2019" superturnirində iştirak edir

Şahmatçılarımız "Grand Swiss 2019" superturnirində iştirak edir

Bu gün İngiltərəyə məxsus olan Men adasında "Grand Swiss 2019" şahmat superturniri start götürəcək.
Chess.az  xəbər verir ki ,"Grand Swiss 2019" turniri 11 turdan ibarət olacaq və oktyabrın 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 432 500 ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki ,Men adasında keçiriləcək yarışın qalibi 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaq. 
Turnirdə ümumilkidə  154  şahmatçı mübarizə aparır.  Ölkəmiz bu turnirdə dörd şahmatçı ilə təmsil olunur. Bunlar Eltac Səfərli ,Rauf Məmmədov ,Nicat Abbasov və Vasif Durabəylidir.
47     
Reklam

Reklam