» » » "Yuventus"da xoşbəxt deyiləm"

"Yuventus"da xoşbəxt deyiləm"

"Yuventus"un və Almaniya milli komandasının futbolçusu Əmrə Can Turin klubunda xoşbəxt olmadığını bildirib.
 
"Football İtalia" xəbər verir ki, yarımmüdafiəçi "Yuve"də az oynamasından gileylənib: "Yuventus"da xoşbəxt deyiləm. Meydanda az oluram. Ötən mövsüm daha çox şans əldə edirdim, xüsusən də vacib oyunlarda. Yaxşı da çıxış edirdim. Cari çempionatda hələ ki az oynayıram. Amma ümid edirəm ki, millidən klubun düşərgəsinə qayıtdıqdan sonra cəziyyət dəyişəcək. Bu mövsüm az oynasam da, məni Almaniya yığmasına çağıran Yoahim Lövə minnətdaram. Yenidən meydanda olacağıma görə şadam".
 
2018-ci ilin yayında "Yuve"yə azad agent kimi keçən 25 yaşlı futbolçu A seriyasında bu mövsüm 3 oyunda forma geyinib. Turin klubu onun adını Çempionlar Liqasının iştirak ərizəsinə salmayıb.           
50     
Reklam

Digər xəbərlər

19-09-2019, 14:07

Mancukiç “Yuventus”u tərk etmək istəyir

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya
21-06-2018, 17:43

Emre Can "Yuventus"da

Reklam