» » » AFFA "Turan Tovuz" klubunun iki futbolçusunu cəzalandırdı

AFFA "Turan Tovuz" klubunun iki futbolçusunu cəzalandırdı

05 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Sumqayıt” – "Keşlə” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 39).
 
05 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Neftçi” – "Səbail” matçında "Neftçi” və "Səbail” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub (maddə 39).


06 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Qarabağ” – "Sabah” matçının 79-cu dəqiqəsində "Sabah” klubunun 4 №-li futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub (maddə 47).
 
01 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Qarabağ-2” – "Neftçi-2” matçında "Qarabağ-2” klubunun 4, "Neftçi-2” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub (maddə 39).
 
03 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Keşlə-2” – "Turan Tovuz” matçında "Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 39).
Oyunun 58-ci dəqiqəsində "Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub (maddə 38.1).
Oyunun 83-cü dəqiqəsində "Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 47).

 
04 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Zaqatala” – "Qaradağ Lökbatan” matçında 90+2-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 90 №-li futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 47).
 "Qaradağ Lökbatan” klubun heyətində meydançaya daxil olan futbolçunun mayka nömrəsi oyunun protokolunda göstərilənnə fərqli olduğuna görə klub 80 manat cərimə olunub (maddə 69.4).
 
05 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, "Sumqayıt” – "Kəpəz” matçının 85-ci dəqiqəsində "Kəpəz” klubunun 80 №-li futbolçusu Orxan Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
06 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, "İsgəndər Cavadov BFA” – "Qarabağ” matçının 77-ci dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 25 №-li futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb (maddə 41.3).
 
03 oktyabr 2019-cu il, U-16 Liqasının, "Neftçi” – "Keşlə” matçının 68-ci dəqiqəsində "Keşlə” klubunun 4 №-li futbolçusu Nihat Şirinzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
Oyunun 80-cı dəqiqəsində "Neftçi” klubunun 18 №-li futbolçusu Oruc Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
05 oktyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, "Keşlə” – "Neftçi İK İB” matçının 74-cü dəqiqəsində "Neftçi” İK İB klubunun 14 №-li futbolçusu Yusif Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
05 oktyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, "Qəbələ” – "Sabah” matçının 30-cu dəqiqəsində "Qəbələ” klubunun 9 №-li futbolçusu Sənan Ağalarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
05 oktyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, "Səbail” – "Zirə” matçının 43-cü dəqiqəsində "Zirə” klubunun 11 №-li futbolçusu Ramiz Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
29 sentyabr 2019-cu il, U-14 Liqasının, UGİM (Ağdam) – UGİM (Beylaqan) matçının 65-ci dəqiqəsində UGİM (Beylaqan) klubunun meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 52.1).
 
29 sentyabr 2019-cu il, U-14 Liqasının, "Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyevin bir-birilərinə təhqiramiz ifadələr işlətdiyinə görə hər iki məşqçi 3 oyun cəzalanıb (maddə 41.1).
 
05 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının, "Keşlə” – "Zirə” matçının 45-ci dəqiqəsində "Keşlə” klubunun baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).
 
05 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının, EFA – "Fireland” matçının 47-ci dəqiqəsində EFA klubunun baş məşqçisi Vüsal Mustafayev ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 61).
 
05 oktyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının, "Qarabağ” – "İsgəndər Cavadov BFA” matçının 41-ci dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 7 №-li futbolçusu Səid Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
"İsgəndər Cavadov BFA” klubunun baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).
"İsgəndər Cavadov BFA” klubu meydanı tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilir hesab olduğu kimi (1:7) saxlanılıb (maddə 52.1).
 
28 sentyabr 2019-cu il, U-13 Qızlar Liqasının, "Zaqatala” – "Balakən” matçının ikinci hissəsində Zaqatala klubunun meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 52.1).
 
05 oktyabr 2019-cu il, U-13 Qızlar Liqasının, "Fidan” – "8 №-li RİOEUGİM” matçında "Fidan” komandasının məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusun təhqir etdiyinə görə 3 oyun cəzalanıb (maddə 41.1).
 
06 oktyabr 2019-cu il, U-16 Qızlar Liqasının, "Amasiya” – "8 №-li RİOEUGİM” matçının 59-cu dəqiqəsində "8 №-li RİOEUGİM” klubunun 9 №-li futbolçusu Milana Rəhimova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
04 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının yüksək dəstəsinin, "Araz” – "Xızı” matçının 19-cu dəqiqəsində "Xızı” klubunun 9 №-li futbolçusu Aydın Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
03 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "Baku Fans” – "Veqa” matçı baş tutmadığına görə "Veqa” klubuna 0:5 texniki məğlubiyyət verilib (maddə 50.3).
 
05 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "U-19” – "Standart” matçının 3-cü dəqiqəsində "Ulduz” klubunun 7 №-li futbolçusu Babək Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
05 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının I dəstəsinin, "Metropoliten” – "Star Karqo” matçının 18-ci dəqiqəsində "Metropoliten” klubunun 7 №-li futbolçusu Rüfət Cəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
Oyunun 22-ci dəqiqəsində "Star Karqo” klubunun 99 №-li futbolçusu Mahir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
06 Oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, "Star Karqo-2” – "Zülfüqar” matçının 26-cı dəqiqəsində "Zülfüqar” klubunun 7 №-li futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).
 
06 oktyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin, "Baker Tilly” – "Altay” matçının 30-cu dəqiqəsində "Baker Tilly” klubunun 1 №-li futbolçusu İlqar Əbdülov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 47).

101     
Reklam

Reklam