» » » Monroz: "Azarkeşlərin dəstəyini bütün oyunlarda hiss etmək istəyirik"

Monroz: "Azarkeşlərin dəstəyini bütün oyunlarda hiss etmək istəyirik"

Monroz: "Azarkeşlərin dəstəyini bütün oyunlarda hiss etmək istəyirik" "Neftçi”nin yarımmüdafiəçisi Stiven Jozef-Monroz "Səbail”lə oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlama verib. İlk qolun müəllifi olan fransalı futbolçu azarkeşlərin dəstəyinə ehtiyac olduğunu bildirib:

"Bu gün heç bir təzyiq və ya gərginlik hiss etmədim. Çox şadam ki, qələbə qazandıq. Düzgün oynayıb vəzifəmizin öhdəsindən gəldik. Azarkeşlərə ehtiyacımız var. Onların dəstəyini bütün oyunlarda hiss etmək istəyirik. Ümid edirəm, belə də olacaq”.
55     
Reklam

Reklam